Xüsusi Təyinatlı Dəstənin komandiri şəhid olub

  • By admin
  • 02 Dekabr 2020 13:54

Daxili Qoşunların zabiti Qarabağ döyüşlərində şəhid olub.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyindən (DİN) bildiriblər.

Qeyd olunub ki, o, Xüsusi Təyinatlı Dəstənin (XTD) komandiri olub:

“DİN Daxili Qoşunlarının zabiti, Xüsusi Təyinatlı Dəstənin komandiri, mayor Qaflanov Şixamir Oruc oğlu Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub”.

Gununsesi.info