Xüsusi təyinatlılar Naxçıvanda təlimlərə başladılar - VİDEO

  • By admin
  • 19 Mart 2022 17:38

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən, çətin qış şərtlərində məşğələlər keçirilir.

Gununsesi.info Publika.az-a istinadən xəbər verir ki, Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi təyinatlı bölmələri ilə “Yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda bölmələrin fəaliyyəti” mövzusunda keçirilən məşğələlər davam edir.

Qar şəhərciyinə çevrilmiş təlim ərazisində xüsusi təyinatlı bölmələr tərəfindən pusqu, basqın və ərazidə yerləşmə kimi fəaliyyətlər icra edilir.

Qarlı-çovğunlu şəraitdə hərəkət üsul və fəndlərini öyrənən şəxsi heyətin dağlıq ərazidə və hərəkətdə atəşaçma bacarıqları təkmilləşdirilir.

Gununsesi.info