
Bu maraqlı əhvalat Avstraliyanın Devid Qleşin adlı sakini haqdadır. Devidin hazırda 73 yaşı var. Bu şəxs ölkəsinin adlı-sanlı milyonçusu olub. Bir zamanlar onun da dəbdəbəli həyatı və xoşbəxt ailəsi vardı. 1997-ci ildə ölkədə maliyyə böhranı baş verir və Devid öz milyonlarını itirir. Elə həmin an həyatını kökündən dəyişməyə qərar verir.
73 yaşlı eks-milyonçu hazırda Şimal Şərqi Avstraliyada yerləşən gözdəniraq adada yaşayır. Devid yeni həyat axtarışına düz 10 il vaxt sərf edib. Keçmiş maqnat 22 milyon frank sərvətini cəmi 1 saata itirib. İndi adanın sahilindəki köhnə daxmada yaşayır. O, müflis olandan sonra arvadı təfəindən tərk edilib. Yeni sevgilisi Devidə gözdənuzaq adaya qaçmağı təklif edib. Cütlük arzusuna çatsa da, sevgilisi onu tərk edir. Və zəmanəmizin “Robinzon”u burada tək yaşamaq qərarına gəlir. Devidin adadakı tək ailə üzvü Polli adlı itidir.
Burada elektrik enerjisinin əsas mənbəyi Günəş batareyalarıdır. Ünsiyyət, içməli su qıtlığına rəğmən avstraliyalı macəraçı özünü “cənnət adasında” çox xoşbəxt hiss edir.
Devid deyir:”Doğrudur, bu ərazi timsahlar, ilanlar və zəhərli hörümçəklərlə qaynayır. Lakin inanın ki, bu ada insanların terrorla dolu dünyasından daha təhlükəsizdir. Adadakı həyatımın tək çatışmayan cəhəti canlı ünsiyyətdir. Mən həyatıma rənq qatacaq bir və ya bir neçə gözəl qadın arzulayıram ki, heç olmasa növbə ilə yanıma gəlib, bir müddət mənimlə yaşayardılar”.



Gununsesi.info











