
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub.
Gununsesi.info Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Yəhya Musayev 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu.
Xatırladaq ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncamla Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub.
Gununsesi.info