Yəmən sahillərində göyərtəsində 55 nəfərin olduğu gəmi itib

  • By admin
  • 29 Sentyabr 2019 17:47

Yəmənin şərq əyaləti Əl-Mahra ilə Sokotra adası arasında hərəkət edən, göyərtəsində 55 nəfərin olduğu bərə radarlardan itib.

Gununsesi.org-un məlumatına görə, bu barədə “Sinxua” agentliyi ada administrasiyasının bəyanatına istinadən xəbər verir.

“Bu gün biz bərənin Əl-Mahra limanını tərk edib Sokotra adasına istiqamət almasından sonra itməsinə dair hesabat əldə etdik. Gəmidə 55 nəfər var”, – deyə açıqlamada bildirilir.

Ada administrasiyası hadisə barədə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya məlumat verib. Axtarış xilasetmə əməliyyatının başladığı bildirilir.

 

 

 

Gununsesi.org