Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Taher əl-Ukaylinin olduğu avtomobil minaya düşüb.
“Report”un məlumatına görə, bu barədə “RİA Novosti” Yəmən hərbi mənbəyinə istinadən xəbər verir.
Qeyd olunur ki, hadisə Səudiyyə Ərəbistanı sərhədi yaxınlığındakı Əl-Cauf əyalətinin Habb ya Əş-Şəəf rayonunda baş verib və qolundan yaralanan əl-Ukayli xəstəxanaya çatdırılıb.
Avtomobildə onunla birgə olan Əl-Cauf əyalətinin qubenatoru Əmir əl-Ukaymi də partlayış nəticəsində sağ qalıb.
Gununsesi.info