Yəməndə bazar güllə-boran edildi: 17 nəfər həlak olub

  • By admin
  • 25 Dekabr 2019 15:00

Yəməndə bazarın atəşə tutulması nəticəsində 17 nəfər həlak olub.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bu barədə husilərin nəzarəti altında olan “Əl-Masira” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, hadisə ölkənin şimal-qərbindəki Saada vilayətində baş verib.

Telekanal bazarın raket və artilleriya atəşlərinə məruz qaldığını bildirib. Qeyd edilir ki, ölənlərdən 5-i Yəmən vətəndaşları, 12-i isə Afrikadan olan miqrantlardır.

Telekanal bazarın Səudiyyə Ərəbistanı ordusu tərəfindən atəşə tutulduğunu iddia edib.

Daha əvvəl atəş nəticəsində 15 nəfərin həlak olduğu bildirilib.

Gununsesi.org