Yəməndə dəhşətli terror: 45 ölü, 60 yaralı

  • By admin
  • 29 Avqust 2016 12:39

yemen

Yəmənin Adən şəhərində Xalq Dirəniş Qüvvələrinə bağlı “Ketaib əl-Muhadara” qüvvələrinin səfərbər olunduğu Es-Sənafir məktəbində polislərin səhər yeməyində olduğu vaxt içərisində partlayıcı olan maşınla terror törədilib.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, terror nəticəsində ən az 45 nəfər ölüb, 60 nəfər isə yaranıb.

Ağır yaralıların olması səbəbi ilə ölənlərin sayının arta biləcəyi təxmin edilir.

Ölkənin müvəqqəti paytaxtı olan Adən şəhərində son vaxtlar radikal təşkilatlar tərəfindən belə bombalı terrorların sayı artıb.

Gununsesi.info