Yəməndə eskalasiya dünya müharibəsinə səbəb ola bilər - Rusiyalı analitik

Yəməndə eskalasiya, münaqişənin hərbi yolla həllinə cəhd edilərsə, üçüncü dünya müharibəsinə səbəb ola bilər.
Bakupost.az xəbər verir ki, bunu rusiyalı ekspert Vitali Mixalkin “İzvestiya”ya müsahibəsində deyib.
O bildirib ki, Böyük Britaniya ilə yanaşı digər ölkələr də münaqişəyə cəlb edilə, bu isə bütün dünya üçün ciddi nəticələr doğura bilər.
Analitikin fikrincə, ABŞ öz problemlərinin həllinə həmişə Şimali Atlantika Alyansı dövlətlərini cəlb edir.
Qeyd edək ki, ABŞ və Böyük Britaniya yanvarın 12-nə keçən gecə Yəmənə bir sıra kütləvi zərbələr endirib. Yəmənin Xarici İşlər Nazirliyi husilərin mövqelərinə hücuma görə qisas vəd edib.
Gununsesi.info