Yəməndə ölənlərin sayı 789-a çatıb

  • By admin
  • 08 İyun 2017 16:30

18

Dünya Səhiyyə Təşkilatı (DST), xolera epidemiyasından Yəməndə həyatını itirənlərin sayının 789-a çatdığı bildirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının Yəmən ofisinindən verilən məlumata görə, Yəmənin 19 vilayətində aprelin 27-dən bu günədək epidemiya səbəbindən həyatını itirənlər sayı 789-a çatıb.

Belə ki, ölkə üzrə 101 min 800 nəfər xolera epidemiyasına yoluxma şübhəsi ilə nəzarətə götürülüb.

Qeyd edək ki, Yəməndə 2 ildən artıq davam edən qarşıdurmalar səbəbindən təxminən 3 milyon insan yurd-yuvalarından didərgin düşüb. Məcburi köckünlər müvvəqəti məskunlaşdıqları torpaqlarda təmiz içməli su tapmamaları və əraziyə tullantıların toplanamaması nəticəsində hər gün xoleraya tutulma riski ilə qarşı-qarşıya qalır.

Anar

Gununsesi.info