Yəməndə partlayış - 40 ölü

  • By admin
  • 28 İyun 2016 13:15

yemen_vs

 

HTML tutorial

 

Yəmənin cənubunda güclü partlayış baş verib. Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,  El-Mukalla şəhərində baş vermiş partlayışda qurbanlarının sayı 40 nəfərə çatıb.

Partlayışı terrorçu-kamikadzelər həyata keçirib. Hücumların əsas məqsədi hərbi obyektlər olub. İnsident nəticəsində 24 nəfərin yaralandığı deyilir. Onlar dərhal xəstəxanalara yerləşdiriliblər.

Hadisəyə görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb. Onlar 8 hücumçunun da məhv edildiyini bəyan ediblər.

Yerli hakimiyyət şəhərin 4 ayrı-ayrı rayonlarında partlayışların baş verdiyi barədə məlumat verib.

Hazırda Yəməndə silahlı münaqişə cərəyan edir. Bənzər hadisə bu ilin 23 mayında Yəmənin müvəqqəti paytaxtı sayılan Ədən şəhərində baş verib. Şəhərdə iki terror aktı nəticəsində 45 nəfər həlak olub.

Hər iki terror aktı üzərinə partlayıcı qurğu bağlamış şəxsin özünü partlatması nəticəsində baş verib. Birinci partlayış hökumət silahlı qüvvələrinin komandirinin evinin qarşısında qeydə alınıb. Komandir özü sağ qalsa da orduya könüllü qoşulmaq istəyənlərdən 25 nəfər həlak olub.

İkinci partlayış isə insan resursları mərkəzinin qarşısında törədilib. Burada da azı 20 nəfər həyatını itirib.

Gununsesi.info