Yəməndəki husilər ABŞ-ın pilotsuz uçuş aparatını (PUA) vurduqlarını açıqlayıb.
Gununsesi.info bildirir ki, husilərin yaydığı yazılı açıqlamada, Yəmənin hava məkanında “müşahidə və casusluq” fəaliyyəti həyata keçirdiyi təsbit edilən ABŞ-a məxsus MQ9 tipli pilotsuz uçuş aparatının vurulduğu qeyd edilib.
“ABŞ-ın bu hərəkətləri Fələstin xalqına dəstək məqsədilə İsrail varlığına qarşı hərbi əməliyyatların davam etdirilməsinə mane ola bilməz”, – deyə bildirilir.
Məsələ ilə bağlı ABŞ-dan heç bir açıqlama verilməyib.
Gununsesi.info