Yəmən qəzeti: Qarabağ “yaşıl enerji” zonasına çevriləcək

  • By admin
  • 05 Dekabr 2021 14:21

Yəmənin “Əl Təməniyə Əl Yom” qəzetində “Azərbaycanın işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonasına çevriləcək” sərlövhəli xəbər dərc olunub.

Gununsesi.info xəbər verir ki, xəbərdə bildirilib ki, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsinin və yerli resurslardan səmərəli istifadənin əsas prioritetlərdən olduğunu deyib. Nazir qeyd edib ki, Ağdam Sənaye Parkının ərazisinin işıqlandırılmasında yerli istehsal olan günəş panellərindən istifadə edilir.

Yazıda vurğulanıb ki, artıq işğaldan azad edilmiş Ağdam Sənaye Parkının sosial zonasının təşkili yekunlaşıb, burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb.

Gununsesi.info