
“Biz dünən işə başlamışıq, iki işçi iclas keçirmişik. Bu gün isə tam tərkibdə plenar iclas baş tutdu. Yenə görüşlər olacaq. Müəyyən irəliləyiş var, lakin üzərində işlənilməli olan məsələlər də mövcuddur”. Gununsesi.info-nun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov ölkənin baş naziri Kərim Məsimovun Xəzəryanı ölkələrin xarici işlər nazirləri ilə keçirdiyi görüşdə deyib. O bildirib ki, Konvensiyanın hazırlanması üzrə bir sıra razılaşdırılmamış məsələlər hələ də qalır.
Y.İdrisov qeyd edib ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması ilə bağlı əlavə görüşə ehtiyac var: “Astanada keçirilən məsləhətləşmələrdə əsas diqqət Konvensiyanın razılaşdırılmasına yönəldilib. Nümayəndə heyətləri konstruktivlik nümayiş etdirirlər və indiki məsləhətləşmələr çərçivəsində aparılan işə töhfə vermək üçün çalışırlar. Lakin görünür, sammitə kimi əlavə görüşün keçirilməsinə də ehtiyac var”-, deyə o bildirib.
Xəyalə Xanəzizi