“Ya karantin rejimini uzatmalı, ya da qaydalara əməl etməklə normallaşmış həyat tərzinə davam etməliyik” - RAMİN BAYRAMLI

“Mart ayında günlük 6-8 min icra etdiyimiz testlərin arasında pozitiv çıxanlar 0,7 faizə qədər enmişdi”.

Gununsesi.org xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Bayramlı deyib ki, ancaq hazırda bu göstərici 8-11 faizə çatır: “Biz ya sərt karantin rejiminin müddətini artırmalı, ya da qaydalara əməl etməklə normallaşmış həyat tərzinə davam etməliyik”.

 

 

Gununsesi.org