Yaddaş toplayıcısından min dəfə sürətli və uzunömürlü qurğu istehsal ediləcək - VİDEO

  • By admin
  • 20 İyun 2016 13:09

Intel building

 

HTML tutorial

“İntel” şirkəti 2016-cı ilin dördüncü rübündə “Optane” əmtəə nişanı ilə bərk cisimli toplayıcıların (SSD) istehsalına başlamaq niyyətindədir. “NVMe” protokolu ilə işləyəcək qurğu dörd xətli “PCI Express 3” protokoluna qoşulmaq üçün nəzərdə tutulub. Bu barədə Tayvanın “benchlife-info” saytı şirkətin daxili təqdimatına əsasən məlumat verib.

İstehlak və korporativ bazarlar üçün nəzərdə tutulan qurğular “Mansion Beach”, “Stony Beach” kodu ilə adlanacaq.

Bildirilir ki, təxminən 2017-ci ilin birinci rübündə “Intel” iki xətli “PCI Express 3” protokolunu dəstəkləyən “Brighton Beach” toplayıcılarını buraxmağı, həmin ilin ortalarında isə “Mansion Beach” toplayıcısını yeniləməyi və korporativ bazar üçün “Carson Beach” kod adı ilə yeni nəsil “Optane” toplayıcılarını təqdim etməyi planlaşdırır. “Carson Beach” qurğuları “M.2” kompakt kompüter kart xüsusiyyətlərinə əlavə olaraq “BGA” form-faktorunda yaradılacaq.

Təqdimatda istehlak qurğularının hansı form-faktorda olacağı barədə məlumat verilmir.

Məlumata görə, “Optane” toplayıcıları “Intel”in 2015-ci ilin iyulunda “Micron Technology” şirkəti ilə birlikdə nümayiş etdirdiyi “3D XPoint” yaddaş texnologiyasına əsaslanır. “Micron Technology” nümayəndələrinin sözlərinə görə, “3D XPoint” müasir elektronikada hər yerdə istifadə olunan “NAND” tipli yaddaş toplayıcısı ilə müqayisədə 1000 dəfə sürətli və bir o qədər uzunömürlüdür, eləcə də müasir kompüter yaddaşına nisbətdə 10 dəfə daha çox sıxlığa malikdir.

 

 

https://www.youtube.com/watch?v=IWsjbqbkqh8