Yaddaşı gücləndirən 6 qida

  • By admin
  • 26 Mart 2021 18:50

Unutqanlıq və yaddaşsızlıq müasir dövrümüzdə böyükdən kiçiyə hər kəsin problemlərindən birinə çevrilib. Beyin sağlamlığımızı qorumağın müxtəlif üsulları var.  Su, bir çox xəstəliklərin dərmanı olduğu kimi yaddaşın güclənməsində də köməkçi olur. Su içməyəndə bədənimizdə ilk təsirlənən orqan beynimiz olur. Buna görə də həkimlər gün ərzində 8-10 stəkan su içməyi məsləhət görür.

“Bir inci saflığı varsa da suda,

HTML tutorial

Artıq içiləndə dərt verir o da”.

Nizami Gəncəvinin bu misralarında deyildiyi kimi həddindən artıq su qəbul etmək beyin fəaliyyətini poza, hətta ölümə səbəb ola bilər.Ona görə də, həddindərn artıq su istehlak etmək məsləhət görülmür. Su içməkdən əlavə yediyimiz qidalar da yaddaş üçün ən önəmli faktorlardan biri hesab edilir. Gununsesi.info sizlərə yaddaşınızı gücləndirəcək 6 vacib qidanı təqdim edir:

1. Balıq – “Omega-3” mənbəyi olan balıq beyin sağlamlığını qoruyan və yaddaşı gücləndirən qidalar arasında ilk sıralarda yer alır. Balıq sevməyən insanlar kapsula şəklində hazırlanan balıq yağından istifadə edə bilərlər. Balıq yağları yalnız somon, sardelya, skumbriya və ton balığı kimi balıqlardan hazırlanır. Omega-3 çatışmazlığı beynin daha sürətli yaşlanmasına və düşünmə zəifləməsinə səbəb olur. Buna görə də həkimlər həftədə ən az 2 dəfə balıq və balıq yağı istifadə etməyi məsləhət görürlər.

2. Yumurta – bədənimiz üçün lazım olan ən vacib protein mənbəyidir. Xüsusilə də bu qida beyin hüceyrələrinin inkişafında rol oynayır. Yumurtanın tərkibində olan amin turşuları hüceyrə funksiyaları ilə reaksiyaya girərək yaddaşın güclənməsinə təsir edir. Həkimlər hər gün səhər 1 ədəd yumurta yeməyi məsləhət görür. Eyni zamanda tədqiqatlar göstərir ki, gün ərzində 1 ədəd yumurta yemək ürək-damar xəstəlikləri baxımından olduqca xeyirlidir.

3. Taxıl – B qrup vitamin mənbəyi olan dənli bitkilər beyin sağlamlığının qorunmasında və yaddaşın güclənməsində istifadə olunur. Vitaminliyinə görə buğda, çovdar, arpa, qarabaşaq  yüksək dəyərlidir. Xüsusilə, B qrupu vitaminlərindən B6, B12 və fol turşusu, qanda homosistein adlı maddənin yüksəlməsinin qarşısını alaraq “Altsheymer” xəstəliyinin riskini azaldır.

4. Qoz – “Omega-3”, yağ turşuları, fosfor, kalsium, kalium və dəmirlə zəngindir. Edilən araşdırmalar qozun yaddaşı, qavrama qabiliyyətini və öyrənmə bacarıqlarını yaxşılaşdırdığını göstərib. Gündə bir ovuc qoz ləpəsi yemək beyin sağlamlığı üçün vacibdir. Uşaqlar da gün ərzində 2 ədəd qoz və ya 10-15 ədəd “Omeqa-3″lə zəngin olan  fındıq, badam yeməlidir.

5. Qatıq – Zəngin kalsium mənbəyidir. Qatığın tərkibində olan tirozin yaddaşı gücləndirməyə köməkçi olur. Araşdırmalar sübut edib ki, gün ərzində 2 pors süd məhsulları ( süd və ya qatıq) istehlak etmək yaddaş üçün əhəmiyyətlidir. Yalnız istifadə olunan süd məhsullarının tərkibində heç bir qatqı maddələr olmamalı, tamamilə təbii olmalıdır.

6. Yer fındığı –  Tərkibində olan vitaminlər beyin sağlamlığını qorumaqda köməkçi olur. Bu qida sinir sisteminin sağlam fəaliyyətinə kömək etməklə yanaşı, “Altsheymer” xəstəliyinin də riskini azaldır.  Onu da qeyd etmək lazımdır ki, yer fındığı yüksək kalori mənbəyidir və allergik reaksiyalar verə bilər. Buna görə də, gün ərzində 15-20 ədəd istifadə edilməlidir. Həkimlər onu tək olaraq yeməyi, portağal, alma, armud kimi meyvə və ya tərəvəzlərlə istehlak etməməyi məsləhət görürlər.

Gununsesi.info