Yadigar Sadıqlının namizədliyi rəsmiləşdi

Müsavat partiyasının Divan üzvü Yadigar Sadıqlı rəsmən başqanlığa namizəd olub.

Gununsesi.org xəbər verir ki, o, bu barədə məlumatı sosial şəbəkədə yayıb.

“Müsavat başqanlığına namizədliyimi rəsmən irəli sürdüm. Partiyama xeyirli, uğurlu olsun!”, – deyə Y. Sadıqlı qeyd edib.

Qeyd edək ki, Müsavat Partiyasının növbəti qurultayı oktyabrın 12-də keçiriləcək.

Gununsesi.org