VİDEO




Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



İyul 2017
BE ÇA Ç CA C Ş B
« İyn    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

XƏBƏR LENTİ

27 İyul 2017
26 İyul 2017

17 İyul 2017 - 20:22

“Yagelloniya”-“Qəbələ” oyununun hakimləri müəyyənləşdi

qabala-3

“Qəbələ” futbol klubunun UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, iyulun 20-də Polşada “Yagelloniya” klubu ilə keçiriləcək görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sebastyan Koltesku olacaq. Ona həmyerliləri Radu Adrian Stefan Ginquleaç və Vladimir Urzika kömək edəcəklər. Dördüncü hakim funksiyasını George Katalin Qaman yerinə yetirəcək.

Matçın UEFA nümayəndəsi belçikalı Jan Pol Mievis, hakim-inspektoru isə Qoran Mihalyeviç (Monteneqro) olacaq.

“Yagelloniya”-“Qəbələ” oyunu Belostok şəhər stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandalar arasında Bakıda təşkil olunan ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Gununsesi.info





loading...
Loading...