Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək?

  • By admin
  • 17 İyul 2023 11:29

“Hazırda ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur”.

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovadeyib.

Onun sözlərinə görə, bəzi yerlərdə yağıntılar intensiv və güclü olub:

“Yağıntılı hava şəraiti iyulun 18-i gündüz saatlarına kimi davam edəcək. Sabahdan yağıntılar tədricən kəsiləcək. İyulun 19-20-də yağmursuz hava şəraiti olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək”.

O qeyd edib ki, sözügedən müddətdə havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

Qeyd edək ki, ötən gün gecə saatlarından ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir.

Gununsesi.info