Yağış kəsəcək- SABAH

Yağış kəsəcək

duman

Oktyabrın 18-də Bakı və Abşeron yarımadasında havadəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

ETSN-dən Gununsesi.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə 9-12° isti, gündüz  16-20° isti, Bakıda gecə  10-12°, gündüz  18-20° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət   gecə 80-90 %, gündüz 60-70 %  olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Gununsesi.info

COMMENTS