İyulun 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.
ETSN-dən Gununsesi.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə 20-24° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
Bakıda gecə 21-23° isti, gündüz 29-31°,Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 % , gündüz 50-60% təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°,
Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə yaxın 2 gündə Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin yaratdığı nisbətən sərin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-24° isti, gündüz 31-36°, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacağı gözlənilir.