Yağış yağacaq, rayonlarda dolu düşəcək

  • By admin
  • 10 Sentyabr 2016 12:16

yags

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

HTML tutorial

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-29,Bakıda gecə 20-22,gündüz 25-27dərəcə isti olacaq.Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubətgecə 70-75, gündüz 45-55faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında isə sentyabrın11-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 24-29,dağlarda gecə 8-13,gündüz15-20dərəcə istiolacaq.

Gununsesi.info