Yağışlı hava davam edəcək

  • By admin
  • 02 Sentyabr 2016 12:59

hava

Ekologiyavə Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə sabah Bakıda və Abşeronyarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-28,Bakıda gecə 19-21,gündüz 26-28dərəcə isti olacaq.Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubətgecə 85-95, gündüz 60-70faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz bəzi rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 26-31,dağlarda gecə 10-15, gündüz16-21dərəcə istiolacaq. 

Tibbi-meteoroloji proqnozlara gəlincə isə sentyabrın 03-04-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Gununsesi.info