“Yahoo!”nun satışı təxirə salındı

  • By admin
  • 24 Yanvar 2017 13:09

SUNNYVALE, CA - JULY 17:  The Yahoo logo is displayed in front of the Yahoo headqarters on July 17, 2012 in Sunnyvale, California.  Yahoo will report Q2 earnings one day after former Google executive Marissa Mayer was named as the new CEO. Photo by Justin Sullivan/Getty Images)

ABŞ-ın “Verizon Communications İnc.” şirkəti “Yahoo!” internet portalını 4,8 milyard dollara satın alınması barədə razılıq əldə olunduğunu təsdiqləyib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, portalın alqı-satqısına dair müqavilənin bu ilin ikinci yarısında imzalanması gözlənilir. Müqavilədən sonra “Yahoo!” “Altaba Inc.” brendi altında bazarda fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, “Yahoo!”nun daşınmaz əmlakının və intellektual mülkiyyətinin aktivlərinin satışı isə ayrılıqda həyata keçiriləcək.
“Yahoo!”nun Çinin “Alibaba Group” və “Yahoo! Japan Corp.” şirkətlərində malik olduğu payı saxlamaq istədiyi bildirilir.

Anar

Gununsesi.info