Yalçın Topçu TÜRKPA-nın proqramında iştirak edə bilməyəcək

Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın (Nuru Killigil)  vəfatının 75-ci ildönümü münasibətilə martın 3-ü  Bakıda anım mərasimi keçiriləcək.

Gununsesi.info xəbər verir ki, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Ər tərəfindən dəvət edilən Türkiyə Prezidentin baş müşaviri Yalçın Topçu səhhətində qəfil yaranan problem səbəbindən  dəvət edildiyi proqrama qatıla bilməyəcəyini bildirib.

“TÜRKPA olaraq Qafqaz İslam Ordusu Komandanı Nuru paşanın şəhadətinin 75-ci ildönümünü qeyd etmək üçün təşkil etdiyiniz bu önəmli proqramda qəfil səhhətində yaranan problem üzündən iştirak edə bilməyəcəyimə görə çox üzülürəm.

Adı tariximizə qızıl hərflərlə yazılan şəhidimiz Nuru paşa əsl qəhrəmandır”, – deyə o bildirib.

Yalçın Topçu qeyd edib ki, Türkiyə Azərbaycanın istiqlaliyyəti və gələcəyi üçün, Azərbaycan isə Türkiyənin istiqlaliyyəti və gələcəyi naminə qardaşlıq zəminində hər zaman bir-birinə əl tutub və bu gün də hər sahədə bu işlər davam edir və dünya durduqca da davam edəcək:

“Biz əzəldən azad yaşamağa, azadlıq uğrunda ölməyə hazır olan, ölkədə əmin-amanlıq, bölgədə sülh, dünyada sülh istəyən, səmimiyyəti, qəhrəmanlığı, mərhəməti ilə tanınan bir xalqıq.

Ümid edirəm ki, bu,  birliyimiz “Türk əsri”nin qapısını açacaq və bölgəmizin, dünyanın və bütün bəşəriyyətin sülh, əmin-amanlıq və firavanlıqla qovuşmasına səbəb olacaq.

Bu münasibətlə TÜRKPA Baş Katibi kimi dəyərli fəaliyyətinizə görə sizi təbrik edirəm. Şəhidimiz Nuru Killigil paşamızı və bütün şəhidlərimizi hörmə və rəhmətlə yad edirəm”.

 

Gununsesi.info