Masallıda vətəndaşa məxsus yanacaqdoldurma məntəqəsin yanıb.
FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, rayonun Şərəfə kəndində vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 100 m² olan “ŞƏRƏFƏ” petrol yanacaq doldurma məntəqəsinin ofis otağının döşəməsi 4 m² sahədə və bitişik talvarın yanar konstruksiyaları 12 m² sahədə yanıb.
Yanğından yanacaqdoldurma məntəqəsinin qalan hissəsi mühafizə olunub.
Yanğın saat 03:44-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info