Yanacaqdoldurma məntəqəsinə ov tüfəngi ilə gəldi, hər yeri qana boyadı - VİDEO

İstanbulda yanacaqdoldurma məntəqəsində baş verən hadisədə düşmənçilik etdiyi iddia edilən iki nəfərin davası zamanı baş verən dəhşət anları mobil telefon kamerası ilə lentə alınıb.

Gununsesi.info xəbər verir ki, əlində ov tüfəngi olan şəxs düşmənçilik etdiyi adamı ayağından atəş açaraq yaralayıb.

HTML tutorial

Hadisə ötən gecə saat 02:00 radələrində Sultanqazi Həbiblər Məhəlləsində baş verib. Tərəflər ov tüfəngi və bıçaqla bir-birinə hücum edib. Ayağından güllə yarası alan şəxs bir müddət yanacaqdoldurma məntəqəsinin qarşısında kömək gözləyib.

Polis qrupları hadisə ilə əlaqədar araşdırmalara başlayıb.

Gununsesi.info