Yandırıcı Günəş şüalarının insan orqanizminə ziyanı yox, xeyri var - EKOLOQ

  • By admin
  • 10 Avqust 2016 16:25
ekoloq Telman Zeynalov
Son günlərdə anomal istilərin keçməsi hamını ciddi narahat edir. Havaların istiq keçməsi ilə bağlı ekoloq Telman Zeynalova müracitə etdik.
T.Zeynalov son günlərdə havaların isti keçməsi ilə bağlı Gununsesi.info-ya açıqlamasında bildirdi ki, avqusta ynda belə havaların keçməsi  normalıdr və hər hansı anomal hadisələr baş vermir. “Yəni hər hansı anomal təbii hadisələr nəticəsindəə bu istilər baş vermir. Avqusta yında yandırıcı istilər Azərbaycan üçün gözləniləndir və burada qeyri-adi heç nə yoxdur. Havalrın belə isti keçməsi avqustun üçüncü ongünlüyündən etibarən enməyə başlayacaq”- deyə, ekoloq vurğulayıb.
Ekoloq onu da əlavə etdi ki, may-iyul aylarında Azərbaycanda havaların yağıntılı, küləkli omasının müəyyən təsirləri var. “Belə ki, may-iyul aylarında ölkə ərazisində havanın temperaturunun normadan aşağı olması nəticəsində indiki istilər insanlara pis təsir edir. Əksinə indi hava təmiz olduğundan yandırıcı Günəş şüasını hiss edirik. Əksinə bu yandrcı Günəş şüalarının da yeri gələndə insan orqanizminə, sağlamlığına  müəyyən xeyri var. Belə istilərdən ancaq yaşlı insanlar, ürək və bəzi xəstəlikləri olan insanlar əziyət çəkə bilər”, – o qeyd edib.
Ekoloq sonda onu da əlavə etdi ki, yaxın iki həftə ərzində havaların temperaturu tədricən enməyə başlayacaq.
Mürtəza
Gununsesi.info