Yanğın bir ailənin ocağını söndürdü - FOTOLAR

  • By admin
  • 13 İyul 2016 11:40

ast

 

Astarada yaşayış evində yanğın baş verib. Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində yerləşən, Nənəbacı Ağadədə qızı Əbilovaya məxsus fərdi yaşayış evində baş verib. Nəticədə ev əşyalar ilə birgə yanaraq külə dönüb. Ev sahibinin sözlərinə görə yanğın hadisəsi anidən baş verib. Belə ki, evin aynəbənd hissəsinə daxil olan alov qısa zamanda bütün otaqları əhatə edib.Yanğın zamanı otaqda qalan iki körpə və ana qohum-qonşular tərəfindən xilas edilsə də alovun qarşısını almaq mümkün olmayıb.

Hadisə yerinə dərhal FHN-nin Astara Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və üç yanğınsöndürən maşını cəlb olunub. Onların səyləri ilə yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 110 kv.m olan birmərtəbəli, 3 otaqlı fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq yarasız vəziyyətə düşüb.

İlkin versiya kimi yanğının elektrik naqillərində yaranmış qısaqapanmadan  baş verdiyi ehtimal edilir.

Yanğının dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

 

ast2

 

ast3

 

ast1

 

Gununsesi.info