Yanğın daha bir ailəni evsiz qoydu

  • By admin
  • 09 Avqust 2016 14:22

gunun

 

Masallıda fərdi yaşayş evində yanğın hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Qızılavar kənd sakni Xankişi Rüstəm oğlu Babayevə məxsus fərdi yaşayış evində qeydə alınıb. Anidən başlayan yanğın qısa zamanda bütün evi əhatə edib.Yanğın  barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinə məlumat verilib.

Dərhal hadisə yerinə  2 yağınsöndürən maşın və canlı  qüvvə  cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin və güclü alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb.Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 180 kv m  olan ikimərtəbəli, 8 otaqlı evin ikinci mərtəbəsində 4 otaq içindəki əşyalarla birlikdə  tamam yanaraq yararsız vəziyyətə düşüb. Yanğının elektrik naqillərində yaranan  qısa qapanma nəticəsində baş verdiyi bildirilir .

Yanğının dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

 

Gununsesi.info