Yanğın olan məktəbdə dərslərin distant keçirilməsi nəzərdə tutulur

  • By admin
  • 07 Yanvar 2022 10:22

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı şəhərindəki Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.

Bakı Şəhəri üzə Təhsil İdarəsindən (BTŞİ) sayta verilən məlumata görə, yanğın məktəbin ikinci mərtəbəsində baş verib. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur.

Gununsesi.info