Yanğın səbəbindən 9 kəndin qaz təchizatı dayandırılıb  - VİDEO

  • By admin
  • 15 Avqust 2022 19:26

15.08.2022-ci il tarixdə Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub.

Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində “Taxtalar” QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Gununsesi.info