Yanğında 10 min donuz tələf oldu

  • By admin
  • 31 Avqust 2016 15:17
donuz
“Çerkizov” şirkətlər qurpuna daxil olan fermer təsərrüfatında baş verən güclü yanğın 10 mindək donuzun ölümünə səbəb olub.
Gununsesi.info “İnterfax”-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Orlov vilayətində baş verib. Yanğının ildırım vurması nəticəsində baş verdiyi ehtimal olunur.
Donuzçuluq kompleksində baş verən yanğın nəticəsində 4 donuz saxlanan korpus yanıb və kompleksə ciddi ziyan vurub. Belə ki, yanğın nəticəsində  havalandırma, yemləmə, sulama sisteminə ziyan  dəyib. Bundan əlavə olaraq 828 ana donuz 8500 bala donuz tələf olub.
Yay vaxtı olduğundan Orlov vilayətində  infeksion xəstəliklərin yayılmasından ehtiyat edirlər.  Xüsusən də, Afrika çumasının yayılmasından. Ona görə də yerli hakimiyyət  ölən donuzların tezliklə utilizasiya edilməsi istiqamətində tədbirlər planı hazırlayrlar.
Gununsesi.info