
Bakıda yaşayış binasında baş verən yanğında bir ailənin 4 üzvü tüstüdən zəhərlənib.
Gununsesi.info-nun məlumatına görə, tüstüdən zəhərlənənlər – 1976-cı il təvəllüdlü Nərmin Məmmədova, onun qızı 2009-cu il təvəllüdlü Leyla Məmmədova, qohumları – 1984-cü il təvəllüdlü Səidə Nurəliyeva və 1987-ci il təvəllüdlü Günel Tahirova xəstəxanaya yerləşdiriliblər.
Onlardan S. Nurəliyeva və G. Tahirova evə buraxılıb.
Ana və qızının vəziyyəti isə orta-ağırdır.
Gununsesi.info