
Sabirabadda baş vermiş yanğın hadisəsi nəticəsində FHN əməkdaşları arasında zəhərlənən və xəsarət alan olmayıb.
Bu barədə FHN-dən məlumat verilib.
Qurumdan bildirilib ki, Sabirabadda baş vermiş yanğın hadisəsi nəticəsində ümumiyyətlə, zəhərlənən və xəsarət alan olmayıb.
09:28
Sabirabadda pambıq zavodunda yanğın zamanı FHN-in 20 əməkdaşı tüstüdən zəhərlənib.
Gununsesi.info xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Axtaçı Muğan kəndində yerləşən pambıq qəbulu və emalı zavodunda yanğın söndürülən zaman FHN-nin 20 nəfər əməkdaşı tüstüdən zəhərlənib.
Tüstüdən zəhərlənənlər Sabirabad sakinləri: Güləliyev Arif Elçin oğlu -1998-ci il təvəllüdlü, Dadaşlı Allahşükür Baladadaş oğlu-1999-cu iltəvəllüdlü, İsayev Şamo Şakir oğlu -1990-cı il təvəllüdlü, Ağayev ElmanTelman oğlu – 1982-ci il təvəllüdlü, Axundzadə Nurlan Aydın oğlu – 1991-ci il təvəllüdlü, Səmədov Rail Əflan oğlu – 1982-ci il təvəllüdlü, Abdullayev vüqar Əkbər oğlu – 1988-ci il təvəllüdlü, Qubadov Vüsal Ramiz oğlu – 1981-ci il təvəllüdlü, Teymurov Anar Şahin oğlu – 1988-ci il təvəllüdlü, Nağıyev Əlimövsüm Adil oğlu-1982-ci il təvəllüdlü, Ağayev Ələsgər Möhlət oğlu – 1984-cü il təvəllüdlü, Zeynalov Kənan Lazım oğlu-1995-ci il təvəllüdlü, Əliyev Murad Həsənağa oğlu – 1986-cı il təvəllüdlü, Əsgərov Səftər Qəhrəman oğlu – 1991-ci il təvəllüdlü, Vəliyev Rəşad Nəbi oğlu – 1982-ci il təvəllüdlü, Zeynalov Şəmistan Namiq oğlu – 1993-cü il təvəllüdlü, Həbibov Tərlan Adbalaoğlu – Neftçala sakini, 1991-ci il təvəllüdlü, Rəhimov Feyruz Firuz oğlu – Hacıqabul sakini, 1983-cü il təvəllüdlü,
Tüstüdən zəhərlənən və göz almacıqlarından zədələnənlər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra əksəriyyəti ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info