
Dünən taxta bazarında baş verən yanğınla əlaqədar xəstəxanaya yerləşdirilən FHN əməkdaşları artıq evə buraxılıb.
Səhiyyə Nazirliydən Gununsesi.org-a daxil olan məlumata görə, baş verən hadisə ilə bağlı xəstəxanalara müraciət edən başqa bir şəxs yoxdur.
Xatırladaq ki, ötən gün müraciət əsasında ümumilikdə 6 nəfərə ilkin tibbi yardım göstərilib, 3 FHN əməkdaşına yerində yardım edilib. Xəsarət alan 2 FHN əməkdaşı və bir nəfər isə xəstəxanaya yerləşdirilmişdi.
Gununsesi.org