Yanğında xəsarət alanlardan biri süni tənəffüs aparatına qoşuldu

  • By Ayshan
  • 23 Noyabr 2025 14:08

Noyabrın 21-də Yasamal rayonunda yerləşən yaşayış binasında baş verən yanğın səbəbi ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti məlum olub.

Gununsesi.info-nun məlumatına görə, Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd qafqazinfo.az-a bildirib ki, Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

“5 nəfərin isə müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib”, – məlumatda qeyd edilib.

Gununsesi.info