Yanğında xəsarət alan FHN əməkdaşları ilə bağlı - AÇIQLAMA

  • By admin
  • 23 Avqust 2019 09:38

Dünən taxta bazarında baş verən yanğınla əlaqədar xəstəxanaya yerləşdirilən FHN əməkdaşları artıq evə buraxılıb. 

Səhiyyə Nazirliydən Gununsesi.org-a daxil olan məlumata görə, baş verən hadisə ilə bağlı xəstəxanalara müraciət edən başqa bir şəxs yoxdur.

 Xatırladaq ki, ötən gün müraciət əsasında ümumilikdə 6 nəfərə ilkin tibbi yardım göstərilib, 3 FHN əməkdaşına yerində yardım edilib. Xəsarət alan 2 FHN əməkdaşı və bir nəfər isə xəstəxanaya yerləşdirilmişdi.

Gununsesi.org