Yanğında xəstəxananın 4 və FHN-in 2 əməkdaşı tüstüdən zəhərləndi

  • By admin
  • 27 İyul 2017 17:10
5979e0452f7ad_fhnss
Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın zamanı xəstəxananın 4 əməkdaşı tüstüdən zəhərlənib.
Gununsesi.info report-a istinadən xəbər verir ki, həmin şəxslər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən  fakt təsdiqlənib.
Belə ki, yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) iki əməkdaşı da zəhərlənib.
Həmin şəxslərə oksigen balonu vasitəsilə ilkin tibbi yardım göstərilib. Hazırda həmin şəxslərin vəziyyəti normaldır.

Gununsesi.info