Yanğınla bağlı TƏBİB-dən açıqlama - Zəhərlənən var + Yenilənib

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı ​Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 12 briqadası hadisə yerinə cəlb olunub.

 

Gununsesi.info xəbər verir ki, məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.

 

Bildirilib ki, zərurət üzrə xəstəxanada müalicə alanların təhlükəsiz təxliyəsi planlaşdırılır:

 

“TƏBİB rəhbərliyi hadisə yerindədir. Əlavə məlumat veriləcək”.

 

Hadisə ilə bağlı TƏBİB daha bir məlumat yayıb.

 

Bildirilib ki, Respublika Perinatal Mərkəzində yanğınla əlaqədar indiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb.

 

“Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir. Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilir.

 

1 nəfər – Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir. TƏBİB rəhbərliyi hadisə yerindədir”.

 

Qeyd olunub ki, yanğın nəticəsində xəsarət alan olmayıb.