Yanıq xəsarətləri ilə nəticələnəcək Günəş şüalanması gözlənilir

Yaxın üç gün ərzində Rusiyanın bəzi bölgələrində təhlükəli ultrabənövşəyi şüalanma gözlənilir.

Gununsesi.info bildirir ki, TASS-ın məlumatına görə, bu barədə RF Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand xəbərdarlıq edib.

Ultrabənövşəyi şüalanma fərqli regionlarda 7-9 vahidə çatacaq. Vilfandın məlumatına görə, bu, təhlükəli göstəricidir, çünki belə indeksdə dəridə sürətlə zədələr yaranır.

Sinoptik günvurma və dərinin yanmasının qarşısını almaq üçün yaxın üç gün ərzində günəş altında qalmamağı tövsiyə edib.

Gununsesi.info