Nigeriya Quru Qoşunlarının komandanı Taoreed Lagbaja dekabrın 3-də Kaduna əyalətinin Tudun Biri kəndində 85 mülki şəxsin ölümünə səbəb olan Nigeriya Hərbi Hava Qüvvələrinin (NAF) pilotsuz uçuş aparatının (PUA) hücumuna görə üzr istəyib.
Gununsesi.info xəbər verir ki, adisənin baş verdiyi kəndə baş çəkən Lagbaja açıqlamasında NAF-nin PUA-nın hücumunu “xoşbəxt hadisə” kimi qiymətləndirib. Kənd sakinlərindən üzr istəyən Lagbaja hərbi əməliyyatlar zamanı belə bir hadisənin təkrarlanmaması üçün tədbir görəcəyini vəd edib.
Xatırladaq ki, dekabrın 3-ü axşam saatlarında kənd sakinləri Mövlud proqramına toplaşarkən NAF PUA Tudun Biri kəndini bombalayıb. Hadisədə əksəriyyəti qadın və uşaq olmaqla 85 nəfər həyatını itirib, 50-dən çox insan isə yaralanıb.
Kaduna əyalətinin daxili təhlükəsizlik və daxili işlər üzrə komissarı Samuel Aruvan, NAF-nin ştatda terrorçulara qarşı adi əməliyyat zamanı “təsadüfən” kəndi bombaladığını iddia edib.
Nigeriya prezidenti Bola Əhməd Tinubu hücumun dərhal araşdırılmasına göstəriş verib.
Gununsesi.info