Yanmış meyiti tapılanların kimlikləri müəyyənləşdi

  • Müəllif: Firuzə
  • 17 Noyabr 2025 12:34

Lənkəranda yanan meyitlərin Cəlilabad rayon Kazımabad kənd sakinləri olduğu bildirilir.

Gununsesi.info xəbər verir ki, ötən gün iki nəfərin yanmış cəsədləri aşkar olunanların Cəlilabad rayon Kazımabad kənd sakinləri 1970-ci il təvəllüdlü  Sərraf Bulud oğlu Mustafayev və 1966-cı il təvəllüdlü  Əmrah Nəcəfalı oğlu Bədirov olduğu bildirilir. Onların şəxsiyyətini dəqiqləşdirmək üçün qohumlarından analiz götürülüb.

Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info