Yanukoviç Zelenskiyə müraciət etdi

  • By admin
  • 08 Mart 2022 13:09

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Zelenskiyə müraciət edib.

Gununsesi.info RİA-ya istinadən bildirir ki, Yanukoviç nəyin bahasına olursa olsun qan axıdılmasını dayandırmağa və sülh sazişini əldə etməyə çağırıb.

“Mən yaxşı başa düşürəm ki, sizin çoxlu “məsləhətçiləriniz” var. Amma siz şəxsən qan tökülməsini dayandırmağa və slüh sazişinin əldə etməyə borclusunuz. Bunu sizdən Ukraynada, Donbassda və Rusiyada gözləyirlər. Buna görə, sizə Ukrayna xalqı və Qərbdəki tərəfdaşlarınız minnətdar olacaqlar”, deyə, Yanukoviç bildirib.

Gununsesi.info