Yanukoviçin təyyarəsi Moskvadan Minskə uçub - FOTO

  • By admin
  • 07 Mart 2022 19:13

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin RA-09617 təyyarəsi Moskvadan Minskə uçub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” aviasiya sahəsindəki mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Yanukoviçin təyyarəsi həftədə bir neçə dəfə Rusiya ətrafında uçub və sonra Belarusa enib: “Təyyarənin marşrutu belə olub – Moskva-Orenburq, Orenburq-Moskva, Moskva-Murmansk, Murmansk-Soçi, Soçi-Moskva, Moskva-Soçi, Soçi-Moskva, Moskva-Sankt-Peterburq, Sankt-Peterburq-Moskva və Moskva-Minsk”.

 

 

 

Gununsesi.info