Yanvar ayından yumurtanın qiyməti 1 manat…

Son bir ayda şimal bölgəsi rayonlarının mərkəzi bazarlarında yumurtanın qiyməti kəllə-çarxa çıxıb.

Qusar, Quba, Xaçmaz bazarlarında kənd yumurtasının bir ədədi 40 qəpiyə satılır. Broyler yumurtasının ədədi isə alıcılara 18-25 qəpiyə təklif olunur. Alıcılar yumurtanın qiymətindən şikayətlənsələr də satıcılar, kəndlərdə toyuq-cücə saxlayan sakinlər yumurtanın bahalığını müxtəlif səbəblərlə əlaqələndirirlər. Bildirilir ki, quş yeminin bahalığı kəndliyə toyuq saxlamağa  imkan vermir.

HTML tutorial

Mütəxəssislər də təxminən eyni düşünür.

Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş mütəxəssisi Xələf Babayev Bizim.Media-ya açıqlamasında bildirib ki, noyabr, dekabr aylarında bioloji xüsusiyyətlərinə görə toyuqlar az yumurtlayır:

“Bu hal müvəqqətidir, təxminən 3 ay davam edir. Onun sözlərinə görə, yumurtanın bahalığı yanvar ayına qədər davam edəcək və bundan sonra  yumurtanın qiyməti enəcək. Yanvardan sonra toyuğun yumurta verməsi əvvəlki vəziyyətə qayıdır”.

Baş mütəxəssis məlumat verdi ki, toyuq yeminin bahalığı da qiymətə təsir edir:

“Hazırda buğdanın kiloqramının qiyməti Qusar bazarında 60 qəpikdir. Mal-qara, toyuq-cücə saxlayan kəndli buğdanın satış qiymətinin baha olması səbəbindən də qapısında heyvan, quş saxlaya bilmir. Bu da əlavə bir problemdir”.

Yumurta qiymətlərinin bahalaşmasında alverçilərində rolu az deyil. Kənddən 20 qəpiyə alıb iki dəfə qiymət artıran sövdəgirlərə isə nəzarət yoxdur.

Bizim.Media-nın yerli icra hakimiyyətlərindən əldə etdiyi məlumata görə, bazarlar özəl sahə olduğu üçün qiymət bahalığına qurum müdaxilə etmir. Yəni, özünüzdə tezliklə imunitet hazırlayın, yanvar ayında kənd yumurtasının ədədi 1 manat olsa, təəcüblənməyin.

Gununsesi.info