Yanvar-fevral aylarında keçiriləcək imtahanların tarixləri açıqlandı

  • By admin
  • 27 Dekabr 2021 15:30

Dövlət İmtahan Mərkəzi gələn ilin yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixlərini açıqlayıb.

Mərkəzdən Gununsesi.info-ya verilən məlumata görə yanvar ayında dövlət qulluğuna (A növü) qəbul və Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı keçiriləcək. Fevral ayında isə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı, dövlət qulluğuna (B növü) qəbul, magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) və peşə liseylərinin buraxılış imtahanının keçirilməsi nəzərdə tutulur.

Bütün imtahanların qrafiki ilə daha ətraflı cədvəldə tanış ola bilərsiniz:

İmtahanın adı Tarixi
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı 23 yanvar
Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı 23 yanvar
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup) 13 fevral
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı 13 fevral
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə sınaq imtahanı 20 fevral
Magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd)

20 fevral
Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı 27 fevral
Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanı 28 fevral
TOEFL imtahanı 8, 22 yanvar

12, 19 fevral

GRE imtahanı 9 yanvar

4 fevral

TKT (Teaching Knowledge Test) imtahanı 29 yanvar

Digər aylarda keçiriləcək imtahanların tarixləri müəyyən olunan kimi ictimaiyyətə məlumat veriləcək.

 

Gununsesi.info