Yanvarda  iqtisadiyyata 1 milyard manatlıq investisiya yönəldilib

  • By admin
  • 14 Fevral 2018 13:26

2018-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinə yönələn investisiyaların həcmi 960,3 milyon manat vəsait yönəldilib.

Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ümumi sərmayələrin  362,7 milyon manatı və ya 37,8 faizi qeyri-neft sektoruna sərf edilib. 
Qeyri-neft sektorunda investisiyaların həcmi ötən illə müqayisədə 68 faiz artıb. Ümumi sərmayənin 72,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilib. İstifadə olunmuş vəsaitin 83,5 faizi məhsul istehsalı obyektlərinin, 11,0 faizi xidmət sahələri üzrə obyektlərin, 5,5 faizi isə ümumi sahəsi 121 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 52,1 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayə əsasən aşağıdakı istiqamətlərdə yönəldilib:
-müəssisə və təşkilatların vəsaitləri 81,4 faiz, 
-bank kreditləri 6,7 faiz, 
-büdcə vəsaitləri 6,1 faiz, 
-əhalinin şəxsi vəsaitləri 5,2 faiz, 
– büdcədənkənar fondların vəsaitləri isə 0,6 faiz
 
Vüsalə
Gununsesi.info