
Şimali Koreyada yanvarın 20-dən etibarən yollar ödənişli olacaq.
Gununsesi.info xəbər verir ki, eləcə də Pxenyan-Vonsan turistik yolunun da ödənişli əsaslarla xidmət göstərəcəyi bildirilib.
Məlumata görə, hazırda ölkənin avtomagistrallarında ödənişlər üçün toll-qeytlər quraşdırılır.
Sürət avtomagistrallarına görə ödənişlərin “Mire” kartları ilə həyata keçiriləcəyi bildirilib. Qeyd olunur ki, kartın dəyəri 315 von (3 dollardan bir qədər çox) olacaq.
Gununsesi.info